TRT Türkü Radiosunda Zeynəb Xanlarovaya həsr olunmuş xüsusi proqram yayımlanacaq
26/10/2026
Azərbaycan musiqisinin canlı əfsanəsi, Azərbaycanın Xalq artisti, görkəmli müğənni Zeynəb Xanlarova TRT Türkü Radiosunun dinləyiciləri ilə görüşəcək. Sənətkarın yaradıcılıq yoluna və musiqiyə həsr etdiyi ömrünə işıq salan “Azərbaycan Rüzgarı” proqramı layihənin müəllifi və aparıcısı, doktor Səidə Ömərin təqdimatında bu axşam saat 22:30-da efirə yayımlanacaq. Azərbaycanın zəngin musiqi mədəniyyətini, köklü sənət ənənələrini və unudulmaz musiqi irsini əks etdirən bu xüsusi proqramı




